Müsabiqə zamanı kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan, vakant olan vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidir: - şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet (kişilər üçün), əmək kitabçası (olanlar üçün).
Müsabiqə iki mərhələdə keçiriləcək. Test imtahanları və müsahibə. Test imtahanının müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaq. Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il fevral ayının 1-dən mart ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB