Azərbaycan çaylarında suyun səviyyəsi qalxıb

Azərbaycan çaylarında suyun səviyyəsi qalxıb

Azərbaycan çaylarında suyun səviyyəsi qalxıb. Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-195, Kiçik Qafqaz çaylarında 160-175, Lənkəran-Astara bölgəsi çaylarında 65-110, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 136 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir (2011-ci ildə 213 m3/s olmaqla 128 faiz təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 70 m3/san olmaqla, ongünlük normanın 102 faizini təşkil edir (2011-ci ildə 71 m3/s olmaqla 103 faiz təşkil edirdi). Hazırda Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 551 sm (2011-ci il fevralın 01-də 460 sm), Şirvanda 443 sm (2011-ci il fevralın 01-də 368 sm), Bankədə 307 sm (2011-ci il fevralın 01-də 286 sm), Araz çayının Novruzlu məntəqəsində isə 273 sm (2011-ci il fevralın 01-də 250 sm) təşkil edir.


Bütün xəbərlər Facebook səhifəmizdə