Doha-Bakı aviareysi açılıb

Bu gündən etibarən Qətərə Doha-Bakı-Doha marşrutu üzrə birbaşa sərnişin aviareysinin həyata keçirilməsinə başlanılıb. SİA-nın məlumatına görə, Bakıdan Dohaya uçuşlar həftənin çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 18:00-da, bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri isə saat 22:30-da yerinə yetiriləcək.

Qeyd edək ki, "Gatar Airways" aviaşirkəti 2012-ci ildə Kiqali (Ruanda), Zaqreb (Xorvatiya), Pert (Avstraliya), Mombasa (Keniya), Zənzibar (Tanzaniya), Helsinki (Finlandiya) və Qasım (Səudiyyə Ərəbistanı) istiqamətlərdə aviareyslər açılmasını planlaşdırır.


Bütün xəbərlər Facebook səhifəmizdə