Almaniyanın Yade Universitetinin nümayəndə heyətinin Bakıya səfəri olub

Almaniyanın Yade Universitetinin nümayəndə heyətinin Bakıya səfəri olub

Yade Universitetinin Beynəlxalq məsələlər üzrə prorektoru Vaythöner və Beynəlxalq şöbənin müdiri Andrea Menn Bakıda birgünlük işgüzar səfərdə olublar. SİA-nın xəbərinə görə, qonaqlar Almaniyanın Yade Universitetində DAAD təqaüdü ilə oxuyacaq iki tələbənin ATİ-nin Beynəlxalq Əlaqələr və Layihələr şöbəsi ilə birlikdə seçimini həyata keçirib. ATİ-Yade arasında bağlanacaq ikitərəfli əməkdaşlıq müqaviləsinin geniş tərkibdə imzalanmasını qərara alıblar. Həmçinin, Yade Universitetinin əməkdaşları 2012-ci ildə bu ölkənin Vihelmsafen şəhərindəki alman dili yay məktəbi kursunda iştirak edəcək tələblərlə görüşüb, onların kursla və təhsillə bağlı suallarını cavablandırıblar.

Birgünlük səfər çərçivəsində TEMPUS-un 2012-ci il "Davamlı turizm idarəçiliyi üzrə beynəlxalq bakalavr və magistr proqramlarının yeni modullarının inkişafı" layihəsinin Bakı partnyorları - Azərbaycan Turizm Asossasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, Millennium Turizm şirkəti, Bakı Dövlət Universiteti, "Təbiət dostları" və EkoSfera QHT-lərinin nümayəndələri ilə birlikdə təklif olunan layihənin texniki məslələri müzakirə edilib. Səfərin sonunda isə Tədqiqat və İnkişaf şöbəsinin baş metodisti və ATİ-nin ekoturizm üzrə müəllimi Gila Altmanna Azərbaycanda göstərdiyi fəaliyyətə görə institutun Təşəkkürnaməsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə