Daxili İşlər orqanlarında bir sıra kadr dəyişikliyi olub

Daxili İşlər orqanlarında bir sıra kadr dəyişikliyi olub
Daxili İşlər orqanlarında bir sıra kadr dəyişikliyi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon polis şöbəsinin rəisi Şamil Seyidli Ağcabədi rayonuna rəis təyin edilib. Suraxanı rayon 30-cu polis bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı rayonuna rəis təyin edilib. Gədəbəy rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov Göygöl, Göygöl rayon polis şöbəsinin rəisi Məhərrəm Quliyev isə Gədəbəyə rəis təYin edilib. Ağcabədi rayon polis şöbəsinin rəisi Təhmasib İbrahimova isə Beyləqan rayonunun polis şöbəsinin rəisi vəzifəsi həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə