Səbail rayonunda ağır və xüsusi ilə ağır cinayətlərin sayı əvvəlki illə müqayisədə artıb

Səbail rayonunda ağır və xüsusi ilə ağır cinayətlərin sayı əvvəlki illə müqayisədə artıb

2011-ci il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 679 cinayət hadisəsi qeydə alınıb, onlardan 462-nin və ya 70,4 %-nin açılması təmin olunub. SİA-nın xəbərinə görə, bunu Səbail rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov ilin yekunlarına dair keçirilən hesabat yığıncaqda çıxışı zamanı deyib. O bildirib ki, həyata keçirilən profilaktiki tədbirlərə baxmayaraq baş vermiş cinayətlərin sayı 6 fakt artıb, cinayətlərin açılması 74,5%-dən 70,5 %-ə dək azalaraq, 4,1 % pisləşib. Rəisin sözlərinə görə, ağır və xüsusi ilə ağır cinayətlərin sayı əvvəlki illə müqayisədə 97-dən 104-dək və ya 7 fakt artıb, açılma faizi də 72,6%-dən 64,8%ədək azalaraq 7,8 % pisləşib.
"Naməlum şəkildə baş vermiş cinayətlər 338-dən 317-ədək azalaraq açılma faizi 45,8 % təşkil edib. Əvvəlki illə müqayisədə bu göstərici 88,8 %-dən 64,0%-dək aşağı düşərək, 24, 8% pisləşib. Baş verən oğurluq cinayətləri 164-dən 174-ədək və ya 10 fakt artıb, onların 51-nin və ya 30%-nin açılması təmin edilərək açılma faizi əvvəlki ilin müavifq dövrü ilə müqayisədə 6,5 % pisləşib. Açılmayan oğurluq hadisələrinin 43-ü mənzil oğurluğudur.Keçmiş illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində aparılan işlər davam etdirilib, keçirilən tədbirlər nəticəsində 8 cinayətin açılması mümkün olub.

Keçən il xarici vətəndaşlara qarşı törədilən 13 cinayət hadisəsindən 7-nin və ya 53,8 %-nin açılması təmsin edilib, həmin vətəndaşlar tərəfindən 1 cinayət hadisəsi qeydə alınaraq açılması təmin olunub", - deyə o əlavə edib.
Hesabat dövründə Polis İdarəsi əməkdaşların keçirdikləri tədbirlər nəticəsində 136 cinayətkardan 87-nin və ya 64,0%-nin, o cümlədən, qəsdən adam öldürməyə görə 2-dən 1-nin, soyğunçuluğu görə 1-dən 1-nin, sağlamlığı ağır xəsarət yetirdiyinə görə 1-dən 1-nin oğurluğa görə 11-dən 6-nın, dələduzluğa görə 43-dən 22-nin, xuliqanlığa görə 11-dən 9-nun və digər cinayətlərə görə 67-dən 47-nin saxlanılması təmin edilib, qalıq 49 nəfər qalıb. Eyni zamanda, əvvəlki illərdən axtarışda olan 44 nəfərdən 9-u və ya 20,5 %-i tutularaq məhkəmə və istintaq orqanlarına təhvil verilib. Həmçinin, keçmiş illərdən axtarışda olan 4 nəfər xarici ölkələrdə tutulub və hazırda onların ekstradisiya məsələləri həll olunur.Xəbərsiz itkin düşən 26 nəfərdən 16-ı və ya 61,5%-i tapılaraq qohumlarına və yaxınlarına təhvil verilib. 2011-ci il ərzində Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərlə bağlı 48 cinayət faktı aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 16 fakt və ya 25 % az olub. Aşkar edilən 48 faktdan 17-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbulu ilə əlaqədar olub.

Görülən işlər nəticəsində hesabat dövründə 6 fakt üzrə külli miqdarda narkotik maddələr götürülüb. Ümumilikdə həmin faktlar üzrə 8 kq 318 qram narkotik vasitə götürülərək qanunsuz dövriyədən çıxarılıb ki, bunun da 3 kq 947 qramı heroin, 3 kq 303 qramı marixuana, 1 kq 060 qramı həşiş və 1,26 qramı ekstazi olub. Keçən il ərzində aşkarlanan faktların sayı 16, satışın isə 6 fakt aşağı düşməsi ilə yanaşı, dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı 106 qram artıb. İl ərzində aparılan tədbirlər nəticəsində 5 odlu silah, o cümlədən 1 ədəd avtomat, 3 ədəd tapança, 1 ədəd ov tüfəngi və 3 ədəd əl qumbarası aşkar edilib götürülüb. Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən istintaq tamamlanan cinayət işləri üzrə vurulan maddi ziyanın məbləğinin 86,7 %-i ödətdirilib, bu göstərici əvvəlki illə müqayisədə 4,7 % artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə