“Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin rolu” mövzusunda dəyirmi keçirilib
Bu gün Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin rolu" mövzusunda dəyirmi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən mərkəzin sədri Qəzəmşah Sadıqov bildirib ki, tədbirin keçirilməsində məqsəd dövlət gənclər siyasəti sahəsində əldə edilən uğurların və bu sahədə mövcud problemlərin araşdırılması, gənclərin ictimai- siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələlərin müzakirə edilməsindən ibarətdir.
O həmçinin vurğulayıb ki, bu gün də gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi dövlətin diqqət yetirdiyi prioritet sahələr sırasında yer alır: "Sürətli tərəqqiyə can atan cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülən siyasətin həyata keçirilməsidir. Belə bir siyasətin mövcudluğu gəncliyin özünüifadəsi üçün geniş imkanlar yaradır, onun milli inkişaf prosesində aparıcı rol oynamasını şərtləndirir. 2 fevral ölkənin hər yerində keçirilən tədbirlərdə gənclərin bir araya gəldiyi gündür. Bu gün ölkənin hər yerində keçirilən tədbirlərdə gənclərin təhsili, sağlamlığı, tərbiyəsi, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili problemlərinin həlli, hüquqlarının müdafiəsi ilə bağlı məsələlər geniş müzakirə olunur".
Qeyd edək ki, hər il fevralın 2-si respublikada gənclər günü kimi qeyd olunur. Bu günü gənclər ulu öndər Heydər Əliyevin töhfəsi kimi qəbul edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB