Son 3 ildə "Aqrolizinq" ASC tərəfindən xarici ölkələrdən ölkəyə 2875 baş damazlıq düyə gətirilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, Almaniyadan 1195 baş holştin – friz cinsindən olan damazlıq düyə gətirilib. 1600 baş damazlığın isə gətirilməsi nəzərdə tutulub. Fevral ayının 10-dək daha 405 baş düyə gətiriləcək.
Qurumdan bildirildi ki, ümumilikdə damazlıq düyələrin sayı artırılaraq 4500 başa çatıb. Qeyd edək ki, alınan düyələr heyvandarlıq məhsulları istehsalçılarına satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB