Regionlarda yeni EATS quraşdırılıb

Regionlarda yeni EATS quraşdırılıb

Regionlarda vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə "Aztelekom" İstehsalat Birliyi Ağsu, Ağdam, Kürdəmir, Bərdə, İsmayıllı, Gədəbəy, Tərtər, Biləsuvar, Balakən, Qobustan, Qusar, Daşkəsən, İmişli, Lənkəran, Masallı, Şamaxı, Şəmkir, Hacıqabul, Göyçay və Füzuli rayonlarının 40 kənd yaşayış məntəqələrində, Şabran rayon mərkəzində yeni EATS quraşdırılıb. SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, həyata keçirilən işlər "Elektron Azərbaycan" Dövlət Proqramının tərkib hissəsidir.


Bütün xəbərlər Facebook səhifəmizdə