NASA Marsa enməyə hazırlaşır

NASA kosmik agentliyi kosmik aparatların Marsın, Ayın və digər səma cisimlərinin səthinə endirilməsi üçün istifadə ediləcək GENIE yeni planetar enmə sistemini ilk dəfə sınaqdan keçirəcəkdir.

GENIE avtomat enmə sisteminin sınaqdan keçirilməsi məqsədi ilə Lunar Lander Challenge müsabiqəsi üçün raket mühərriki Masten Space System tərəfindən işlənib hazırlanmış Xombie kiçik orbital aparatdan istifadə ediləcəkdir. Sistem Moxave səhrasında sınaqdan keçirilir. Hələlik sığorta falı ilə krana birləşdirilmiş bu kiçik aparat inamla göyə qalxır, havada hərəkətsiz qalır və ehmalca enir.

Beləliklə, NASA mütəxəssisləri aparatı kosmosa göndərməzdən əvvəl real uçuş şəraitində idarəetmə sisteminin etibarlığını yoxlaya biləcəklər.

Hələlik Xombie atmosferin yuxarı təbəqələrindən Yerin səthinə müstəqil enə bilmir. Lakin kompüter modelləşdirməsinin və atəş testlərinin köməyi ilə qışın sonunda keçiriləcək ilk sərbəst uçuş ərəfəsində sistemlərin işi barədə xeyli məlumat toplamaq mümkün olacaqdır.

GENIE-nin avtomat uçuşu həyata keçirməyə imkan verən naviqasiya sistemindən müxtəlif enmə aparatlarında istifadə oluna bilər. Bu sistem stasionar planet stansiyalarının və səyyar robotların təhlükəsiz enməsini həyata keçirməyə imkan verəcəkdir. Sistem mürəkkəb riyazi alqoritmlərə əsaslanır. Bu alqoritmlər lazer altimetrinin, inersial ötürücülərin, digər sensorların məlumatlarını dərhal "oxuyur", raket mühərrikini idarə edir, aparatın maksimum sabitliyini və təhlükəsiz enməsini təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə