Gənclər və İdman Nazirliyi “Gənclər Günü” ilə bağlı sərgi keçirib
Bu gün Səttar Bəhlulzadə adına sərgi salonunda 2 fevral - "Gənclər Günü" ilə bağlı olaraq \"Müasir Yaradıcılıq Axşamı\" adlı sərgi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgidə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycan gənlərinin mədəniyyət sahəsində gördüyü işlərdən danışıb. Bir neçə gəncin Azərbaycandan kənarda, beynəlxalq rəsm və moda müsabiqələrində uğurla çıxışından söz açıb. Həmişə olduğu kimi bundan sonra da Gənclər və İdman Nazirliyinuin bu səpkidə təşkil olunacaq müsabiqə və sərgilərə dəstək olacağını deyib.
Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə gənc rəssam və modelyerlərə göstərilən diqqət və qayğıdan danışıb. Gəncləri daha da aktiv olmağa və yeni yaradıcılıq işləri ilə gəlkəcəkdə də fəaliyyətlərini davam etdirməyə səsləyib.
Sərgidə gənc modelyer Zülfiyyə Salmanova və Leyla Eyvazovanın əl işləri və 15-ə yaxın gənc rəssamın rəsm əsərləri, Turan Kərimbəylinin miniatür kuklalarından ibarət kompozisiyası nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB