Qazıməmməd-Qazax magistral qaz kəmərində təmir-bərpa işlərinin aparılması yubanır
"Azərqaz" İstehsalat Birliyindən verilən məlumata görə, qəzalı kəmərdə təmir-bərpa işlərinə bütün bu məsələlər təmin olunduqdan sonra başlanılacaq. Bu isə ən azı 2 gün vaxt tələb edir.
Qeyd edək ki, magistral qaz kəmərində partlayışla əlaqədar hazırda Göyçay rayonun 4 kəndində qaz yoxdur. Ümumilikdə rayonun 15 faizinə qazın verilişi dayandırılıb. Ötən gün təbii qazla bağlı problem yaranan ətraf rayonlar isə alternativ kəmər vasitəsilə qazla təmin olunub.
Xatırladaq ki, ötən gün Azərbaycanda, Qazıməmməd-Qazax magistral qaz kəmərində dəhşətli partlayış baş verib. Partlayış təxminən 11:30 radələrində magistral qaz kəmərinin 118-ci kilometrliyində Göyçay rayonunun Qarayazı kəndi ərazisində qeydə alınıb. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə