Əsir düşən Azərbaycanlı əsgər ailəsinə məktub yazıb

Əsir düşən Azərbaycanlı əsgər ailəsinə məktub yazıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Tərtər rayonu ərazisində əsir düşmüş Azərbaycan ordusunun əsgəri Məmmədbağır Talıb oğlu Axundzadəyə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əsirə ailəsindən məktub gətirilib.

M.Axundzadənin yazdığı məktub ailəsinə çatdırılıb. Məmmədbağır məktubunda sağ-salamat olduğunu yazıb: "Mən yaxşıyam. Sağ-salamatam. Özüm də bilmirəm, necə əsir düşmüşəm. Qayıtmaq istəyirəm. Çox istəyirəm ki, qayıdım".

Qeyd edək ki, M.Axundzadə hazırda Xankəndidə saxlanılır. Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Məmmədbağır Talıb oğlu Axundzadə qoşunların təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə