\'\'Darvin bankası\'\' yatağından 7 ton neft hasil olunacağı gözlənilir

\'\'Darvin bankası\'\' yatağından 7 ton neft hasil olunacağı gözlənilir

Kompleks Qazma İşləri Trestinin \'\'Neft Daşları\'\' Dəniz Qazma İşləri İdarəsi tərəfindən \'\'Darvin bankası\'\' yatağında 2 yeni quyunun qazmasına başlanılıb.

SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, yataqdakı 660 nömrəli meydançadan Qirməki Dəstəsinə qazılan 727 nömrəli quyunun layihə dərinliyi 1540 metrdir. Quyudan sutkada 7 ton neft hasil olunacağı gözlənilir.

620 nömrəli meydançadakı 621 nömrəli quyunun layihə dərinliyi isə 1280 metrdir. Geoloqların hesablamalarına görə, Qirməki Alıtı Lay Dəstəsinə qazılan bu quyudan sutkada 5 ton neft hasil ediləcək.

Quyular \'\'Azneft\'\' İstehsalat Birliyinin \'\'Abşeronneft\'\' NQÇİ-nin sifarişi ilə qazılır.


Bütün xəbərlər Facebook səhifəmizdə