ARDNŞ müəssisələrində kütləvi hava-damcı infeksiyaları və başqa xəstəliklərə rast gəlinməyib

ARDNŞ müəssisələrində kütləvi hava-damcı infeksiyaları və başqa xəstəliklərə rast gəlinməyib

ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzi 2011-ci il ərzində həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində ARDNŞ-nin sənaye müəssisələrində çalışanlar arasında peşə zədələnmələri və peşə xəstəliyi qeydə alınmayıb.

SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, 2011-ci ildə Balakən şəhərində yerləşən "Qubek" hotelində, 28 May NQÇİ-nin yataqxanalarında, Neft Daşları NQÇİ-də müvafiq müayinələr aparılıb. Dərin Dəniz Özülləri Zavodunda və stasionar platformalarda işçilərin əmək və məişət şəraitinin yaxşılaşdırılması, onların keyfiyyətli içməli su və ərzaqlarla təmin edilməsi daim diqqət mərkəzində saxlanılıb. Dəniz şəraitində çalışanlara gəmilərlə daşınan və dəniz mədənlərində quraşdırılmış əks-osmos su təmizləyici qurğulardan su nümunələri götürülüb. Mərkəz tərəfindən rübdə bir dəfədən az olmayaraq kimyəvi və bakterioloji müayinələrdən keçirilib. Bu məqsədlə Xəzər Dəniz Neft Donanmasının 217 gəmisinə baxış keçirilib, 275 su nümunəsi götürülərək, sanitariya-kimyəvi və bakterioloji müayinə üçün laboratoriyaya təhvil verilib, analizlərin nəticəsinə uyğun olaraq XDND-nin 144 gəmisinə illik üzmə hüququ verən şəhadətnamə təqdim olunub.



GEM-in profilaktik dezinfeksiya şöbəsi gəmilərdə, dənizdə yerləşən platforma və özüllərdə - 40696510,5 kvadratmetrlik sahədə deratizasiya, 28028773,6 kvadratmetrlik sahədə dezinseksiya, 1138042 kvadratmetrlik quru sahədə və 12685,9 tonluq su çənlərində dezinfeksiya işləri aparıb. Bununla yanaşı, 42942,5 kvadratmetrlik sahədə həşəratlara qarşı, 18500 kvadratmetrlik sahədə bioloji vasitə ilə, 94900 kvadratmetrlik sahədə isə SNAKE A VAYE ilə müxtəlif sürünənlərə qarşı mübarizə tədbirləri həyata keçirilib.


Hesabat dövründə ARDNŞ-nin idarə, müəssisə və təşkilatlarında kütləvi hava-damcı infeksiyaları və başqa xəstəliklər qeydə alınmayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə