Azərbaycan Turizm İnstitutunun əməkdaşı beynəlxalq seminarda iştirak edib
Bugünlərdə Türkiyənin Antalya şəhərində X Beynəlxalq Tədqiqat Metodları Seminarı öz işini uğurla başa vurub. SİA-nın xəbərinə görə, Azərbaycan Turizm İnstitutunun əməkdaşı, institutda tədqiqat metodlarını tədris edən Sosiologiya üzrə fəlsəfə elmləri namizədi Vüsal Abdullayev seminardakı çıxışında əsasən SPSS statistika proqramı ilə bağlı yeniliklərdən ətraflı danışıb. O, tədris prosesinin təşkil etməyin tətbiqi metodlarını öyrəndiyini iştirakçıların nəzərinə çatdırıb.
Məruzəçinin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Beynəlxalq seminarın akademik məsləhətçisi, Anadolu Universitetinin müəllimi prof.Dr Nazmi Kozak 2002-ci ildən fəaliyyət göstərən beynəlxalq elmi tədbirin Türkiyədə, hətta dünyada belə analoqu olmadığını bildirib. N.Kozak iştirakçıların nəzərinə çatdırıb ki, bu ildən etibarən, eyni zamanda 12 seminarın keçirilməsi prosesində tərəfdaş kimi ATİ ilə sıx əməkdaşlıq etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB