Nadir Əzməmmədov: \"Respublika ərazisinə yağan güclü qar dəmir yollarında qatarların hərəkətinə ciddi təsir etməyib\"

Nadir Əzməmmədov: \"Respublika ərazisinə yağan güclü qar dəmir yollarında qatarların hərəkətinə ciddi təsir etməyib\"
Respublika ərazisinə yağan güclü qar dəmir yollarında qatarların hərəkətinə ciddi təsir etməyib. Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, kəskin hava şəraiti ilə bağlı qatarların hərəkətində məhdudiyyətlər yaranmayıb. Reyslər vaxtlı-vaxtında həyata keçirilir. Hazırda heç bir sərnişin qatarlarının yaxudda yük qatarlarının hərəkətində gecikmə yoxdur.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, QSC-nin Yol Infrastruktur Deprtamenti tərəfindən yaradılmış işçi qurupu hazırda dəmir yollarında bir sıra istiqamətdə təmizləmə işləri aparır. Belə ki, ölkənin Şimal, Cənub və Qərb istiqamətində yağıntının npormadan artıq düşməsi ərazidən keçən dəmir yol reslərində əngəllər yardır. Lakin günün müxtəlif saatlarında reyslər mütamadi olaraq təmizlənir".

Bütün xəbərlər Facebook səhifəmizdə