Elşən Manafov: “Bu qərar iradə azadlığı ilə bağlı məsələlərlə ziddiyət təşkil edir” - AÇIQLAMA
Fransa Senatında qəbul olunan məlum qərar Nikolay Sarkozinin patoloji fikirlərinə uyğun gəlmir. Bu məsələyə siyasətçilər, parlamentarilər deyil tarixçilər qiymət verməlidir. Bu fikirlər isə SİA-ya Demokratik Sol Partiyasının sədri Elşən Manafov bildirib.
Partiya sədrinin fikrincə, bütün bunlar Sarkozinin may ayında keçiriləcək prezident seçkilərində 500 minə yaxın erməni əsilli Fransız vətəndaşlarının səslərinin toplamasına hesablanıb: "Bu qərar iradə azadlığı ilə bağlı məsələlərlə ziddiyət təşkil edir".
Türkiyə mətbuatındakı yazılara da münasibət bildirən E.Manafov qeyd edib ki, Türkiyə indiyədək nə Fransa ilə diplomatik əlaqələri kəsib, nə də həmin dövlətə qarşı sanksiayalar tətbiq edib: "Radikal fikirlər səsləndirən siyasi partiyalar bilməlidirlər ki, Fransanın həmsədr ölkə kimi ATƏT-in Minsk qrupundan çıxarılması tək Azərbaycanın mövqeyi ilə ölçülmür. Bu məsələdə Ermənistanın da mövqeyi nəzərə alnmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB