“Samur-Yalama” Milli Parkı layihəsi yaxın günlərdə reallaşa bilər

“Samur-Yalama” Milli Parkı layihəsi yaxın günlərdə reallaşa bilər
Ölkədə ümumi sahəsi 880 774,04 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində "Samur-Yalama" Milli Parkı layihəsi üzrə torpaqayırma sənədlərinin işlənilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq xəritələr hazırlanıb. Hazırda aidiyyəti dövlət orqanlarından rəy alınması üçün müvafiq sənədlər təqdim edilib. Bunula yanaşı Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması məqsədilə layihə-dizayn işlərinin başa çatdırılması işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə