Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularının cəzalandırılması üçün məhkəməyə müraciət edilib
Ötən il xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 857 akt, 240 protokol tərtib edilib, qanun pozuntuları ilə əlaqədar təbiətə 79405,35 manat dəyərində ziyan vurulduğu hesablanıb. İnzibati qaydada 153420 manat cərimə tətbiq edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumilikdə tətbiq edilən 232825,35 manat ziyan və cərimədən 92005,87 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilib. Qanun pozuntuları ilə bağlı sənədləşdirilən 38 iş baxılılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına (polis şöbələrinə), 104 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və məhkəmə icraçıları bölmələrinə göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ötən il ərzində ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilmişdir. Keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brokonyerliklə məşğul olan şəxslərdən 83 ədəd ov silahı götürülüb, 80 şəxs barəsində akt və protokol tərtib edilərək 75800 manat məbləğində cərimə tətbiq edilib və 1166 manat iddia qaldırılıb. Cəmi tətbiq edilmiş 76966 manat iddia və cərimədən 24882,5 manat ödənilib, qalan məbləğin ödənilməsi üçün isə aidiyyəti üzrə rayon məhkəmə icraçıları bölmələrinə müraciət edilib. Şəxsiyyəti məlum olmayan 3 nəfər barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB