Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər Gününü qeyd edir

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər Gününü qeyd edir
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Gənclər Günü"nə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qonaqları salamlayaraq Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən, ölkənin inkişafı sahəsində gənclərin rolundan söz açıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanın xaricdə təmsil olunmasında və ölkəmizin inkişaf etməsinə mühüm yer tutan gənclərin fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin gənclərin inkişafına verdiyi töhfədən söz açıb. Həmçinin, bu il Prezidentin fərmanı ilə "İdman İli" elan olunması ilə əlaqədar olaraq paytaxtda keçiriləcək tədbirlərdən, eləcə də respublikanın regionlarında gənclərin fəaliyyətinin yüksək səviyyədə təşkili xüsusi vurğulanıb.

Qeyd edək ki, bədii əyləncəli tədbirdə bir neçə gəncə göstərdikləri mühüm fəaliyyətlərə görə diplomlar təqdim olunub.

Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri Fuad Hacıyev, Azərbaycan Gənclər Fondunun sədri Fərhad Hacıyev, millət vəkilləri Ceyhun Osmanlı və Sevinc Fətəliyeva təltif olunma mərasimində iştirak edərək diplomları sahiblərinə təqdim ediblər.

Təltif olunanlar arasında müxtəlif gənclər təşkilatlarının üzvləri, Qeyri-hökümət Təşkilatları və Kütləvi İnformasiya Vasitələri nümayəndələri olub. Tədbir bədii əyləncəli hissə ilə davam edib.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə