Magistral qaz kəmərində baş verən partlayışdan sonra baş verən güclü yanğın söndürülüb

Magistral qaz kəmərində baş verən partlayışdan sonra baş verən güclü yanğın söndürülüb
Qazıməmməd-Qazax magistral qaz kəmərindəki partlayışdan sonra baş vermiş güclü yanğın artıq söndürülüb.SIA-nın verdiyi məlumata görə, yanğın təxminən saat 15:40 radələrində söndürülüb. Hazırda hadisənin baş vermə səbəbləri dəqiqliyi ilə araşdırılır. İlkin ehtimallara görə, yanğının baş verməsinə borudakı qaz sızmaları səbəb olub. Ağdaş Magistral Qaz Kəməri sahəsinin rəis müavini Elşən Rəcəbovun verdiyi məlumata görə, qəza nəticəsində ölkənin heç bir rayonunda "mavi yanacağ"ın verilişində məhdudiyyətlər yaranmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə