Güclü qar Göygöl-Hacıkənd yolunda problemlər yaradıb

Güclü qar Göygöl-Hacıkənd yolunda problemlər yaradıb

Son bir neçə gündə yağan aramsız qar yağışı Göygöl-Hacıkənd yolunda ciddi problemlər yaradıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, rayon mərkəzinə və Gəncə şəhərinə avtomobillərlə gediş-gəliş çətinləşib. Problemi aradan qaldırmaq məqsədi ilə Göygöl 21 saylı Yol İstismarı İdarəsinin rəsmiləri tərəfindən tədbirlər görülür. Yollara qum qarışıq duz səpilir. Ancaq gecə saatlarında şaxta olduğundan vəziyyət çətinləşir.

Hazırda Hacıkənd qəsəbəsinə aramsız qar yağır.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə