“Azəryolservis”: Respublika üzrə yolların təmizlənməsinə 700-ə yaxın texnika cəlb olunub

“Azəryolservis”: Respublika üzrə yolların təmizlənməsinə 700-ə yaxın texnika cəlb olunub

Son günlər yağan qar və güclü şaxta paytaxt və respublika yollarında nəqliyyatın hərəkətini çətinləşdirib. "Azəryolservis" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev SİA-ya verdiyi xəbərə görə, qurum yolların təmizlənməsi istiqmaətində gücləndirilmiş iş rejimində işləyir.

P.Mürsəlovun sözlərinə görə, respublika üzrə yolların təmizlənməsinə 700-ə yaxın texnika, paytaxt yolları üçünsə 350-ə yaxın texnika cəlb olunub. O qeyd edib ki, yolların qardan təmizlənməsi üçün qum-duz qarışığı yollara səpilib. Bakı şəhəri üzrə 1000 ton, respublika əhəmiyyətli yollar üçün isə 1800 tona yaxın duz sepilməsi nəzərdə tutulur. Qurumun rəsmisi vurğulayıb ki, Bakı şəhərində qumun ümumi həcmi 10 min kubmetrdən çox, respublika yollarına isə 25 min kubmetrdən artıq qum səpiləcək.

Onun sözlərinə görə, bunların hamısından istifadə olunmayıb və zamanla işlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə