Uşaq və gənclərin inkişafı naminə 2 QHT öz imkanlarını birləşdirdi

Uşaq və gənclərin inkişafı naminə 2 QHT öz imkanlarını birləşdirdi

Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Uşaqlar Birliyi arasında əməkdaşlıq məqsədi ilə anlaşma memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, imzalanan memoranduma əsasən tərəflər 3 il müddətində fəaliyyət sahəsi üzrə informasiya mübadiləsi, təşkilatlararası təcrübə mübadiləsi, fəaliyyət hesabatlarının mübadiləsi, əməkdaşların praktiki bacarıqları sahəsində təcrübə mübadiləsi, birgə layihə təkliflərinin hazırlanması və təqdim edilməsi, birgə layihələrdə iştirak, birgə təlim və seminarların təşkili və s. kimi məsələləri həyata keçirəcək. Yaxın günlərdə görüləcək işlərlə bağlı fəaliyyət planı da təsdiq ediləcək.

Qeyd edək ki, hər iki təşkilat artıq 10 ildən artıqdır ki, aktiv fəaliyyət göstərir, müxtəlif yerli və beynəlxalq layihələr həyata keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə