Azərbaycan Turizm İnstitutunda Jumeirah Bilgah Beach Hotelinin baş meneceri ilə görüş-seminar keçirilib
Bugün Azərbaycan turizm İnstitutunda ATİ Məzunlar Assosasiyasının (ATİMA) təşəbbüsü ilə Jumeirah Bilgah Beach Hotelinin Baş meneceri Mete Atakuman ilə görüş-seminar keçirilib. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov Mete Atakumanla rəhbəri olduğu ali təhsil ocağında görüşdən məmnunluğunu bildirib. Rektor C.Cəfərov söhbət əsnasında institutun fəaliyyəti, ölkə turizminin inkişafı üçün ixtisaslı kadr hazırlığına xidmət edən təhsil-təcrübə-təlim-tədqiqat formulunun faydalılığından danışıb. ATİ-nin strateji planında bu formulanın uğur qazanacağına əminliyini bildirib.
Eyni zamanda qeyd edib ki, ATİMA belə bir görüşü keçirməklə məhz təhsil və sənayenin əlaqəsi funksiyasının icrası mexanizminə nail olmaqda maraqlıdır. Yaxın məqsədimiz ATİ karyera mərkəzinin fəaliyyətini gerçəkləşdirməkdir. Jumeirah Bilgah Beach Hotelinin Baş meneceri Mete Atakuman görüş-seminarın təşkilindən məmnunluğunu bildirib, ölkəmizə, Bakıya xüsusi sevgisinin izahı kimi hər bir işgüzar səfərində Azərbaycana həsr olunmuş xüsusi təqdimatı ATİ-də də nümayiş etdirib.
Jumeirah qrupu ilk dəfə Dubayda otel fəaliyyətinə başlayıb, hazırda bu rəqəmin 12-ə, 2015-ci ilə kimi isə 50-ə çatdırılacağını bildirib. Sual-cavab şəraitində keçən görüş-seminarda ATİ ilə Jumeirah oteli arasında gələcək iş birliyinin konturları açıqlanıb. Sonda ATİMA-nın təşəbbüsü ilə gerçəkləşən görüşə razılıq verdiyi üçün Mete Atakumana kollektiv adından təşəkkür edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB