Qars Qafqaz Universiteti ilə ATİ arasında iş birliyi anlaşması və əməkdaşlıq müqaviləsi imzalanıb
Qafqaz Universitetləri Birliyinin sədri, Ərdahan Universitetinin rektoru professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor Sami Özcan, Bakı Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıc, Bakı Asiya Universitetinin rektoru professor Cəlil Nağıyev Azərbaycan Turizm İnstitutunda olublar. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları səmimi salamladıqdan sonra institutun yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib.
Rektor C.Cəfərov ali təhsil ocağının dünyanın nüfuzlu universitetləri, o cümlədən beynəlxalq təşkilatlarla əlaqələri, əhəmiyyətli proqram və layihələrdə iştirakı barədə qonaqları məlumatlandırıb. Söhbət əsnasında Türkiyənin bir sıra ali məktəbləri ilə sıx əməkdaşlıq etdiyini xüsusi vurğulayıb. Qars Qafqaz və Ərdahan Universitetləri ilə əməkdaşlıqda da maraqlı olduğunu diqqətə çatdırıb.
Türkiyə Cümhuriyyəti Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz Qafqaz Universitetləri Birliyi haqqında məlumat verərək Avropadakı Erasmus Mundus Proqramı kimi bölgədəki ölkə universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəklədiyini, prosesi maliyyələşdirdiyini, qarşılıqlı əməkdaşlığı müvafiq ölkənin gələcəyinə yönəltmək missiyasını strateji hədəf kimi qiymətləndirdiyini bildirib. Görüşün sonunda Türkiyənin Qafqaz Qars Universiteti ilə ATİ arasında iş birliyi anlaşması və əməkdaşlığa dair müqavilə imzalanıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB