“Azəriqaz” İstehsalat Birliyinin tarixində ilk dəfə olaraq maksimum dərəcədə təbii qaz nəql edilir
"Azəriqaz" İstehsalat Birliyinin tarixində ilk dəfə olaraq maksimum dərəcədə təbii qaz nəql edilir. Bunu SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı deyib. O bildirib ki, bu rəqəm təxminən sutkada 27 milyon kubmetrdir ki, soyuq havalarda qurumun tarixində belə bir rəqəm olmayıb. K.Eyvazlının sözlərinə görə, 27 milyon kubmetr qazın 15,5 milyonu Bakı şəhərinə, qalanı isə regionlara nəql olunur.
"Son günlərdə ölkədə müşahidə olunan soyuq havalarla bağlı ciddi problemlərlə üzləşməmişik. Yerlərdən qazın təzyiqi ilə bağlı müəyyən zənglər olsa da biz çalışırıq ki, bunları dərhal həll edək. "Azəriqaz" İstehsalat Birliyi 24 saat ərzində gücləndirilmiş iş rejimində çalışır. Əgər hər hansı bir problem olarsa, abonentlər "185" nömrəli Qaynar Xəttə müraciət edə bilərlər", - deyə o əlavə edib.
Qurum rəsmisi qeyd edib ki, qazın təzyiqi ilə bağlı Xəzər, Binəqədi, Sabunçu və Suraxanı rayonlarından daha çox müraciətlər daxil olur: "Bununla bağlı "Azəriqaz" tərəfindən dərhal müvafiq araşdırma aparılır və təmir olunur. Havaların soyuması ilə əlaqəldar heç bir qlobal problem olmayıb. Kifayət qədər ehtiyat qazımız var və "Azəri-günəşli" yatağından da kifayət qədər qaz nəql olunur. Fərdi qaydada və ya hansısa texniki problemlər ola bilər. Abonentlər əgər belə hallarla qarşılaşarsa, "Qaynar xətt" xidmətinə müraciət edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB