Ötən il Ağdamda kəndlilər soğan sahələrindən bol məhsul əldə etsələr də hələ də onu sata bilmirlər. Qiymətlərin aşağı, alıcıların isə olmaması tonlarla soğanın məhv olmasına gətirib çıxarır.
Rayonun Mirəşelli, Əhmədağalı və Çəmənli kəndlərində demək olar ki, hər bir evdə tonlarla soğan yığılıb qalır.
Rayonda fermerlərin əkdiyi maya dəyəri 4 milyon manat olan 25 min tona yaxın soğan məhv olmaq təhlükəsilə üz-üzədir.
Qeyd edək ki, əvvəllər məhsul xarici ölkələrə, əsasən də Gürcüstan və Rusiyaya aparılırdı. Bu il isə məlum səbəblərdən soğan xarici ölkələrə daşınmır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB