Erməni hərbçi işğal edilmiş Azərbaycan torpağında öldürüldü

Erməni hərbçi işğal edilmiş Azərbaycan torpağında öldürüldü

Azərbaycanın işğal edilmiş ərazilərdə erməni əsgəri hərbçi yoldaşı tərəfindən öldürülüb. Ermənistan mətbuatına istinadən verilən məlumata görə, Dağlıq Qarabağda yerləşən erməni hərbi hissələrindən birində müddətdən artıq xidmət edən hərbçi Paylak Şahnazaryanın odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşdirilib.


Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyində cinayət işi qaldırıllıb. Hərbçi yoldaşını öldürməkdə şübhəli bilinən başqa əsgər Xaçatur Sarkisyan saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə