Magistral qaz kəmərində yanğın baş verib – SON DƏQİQƏ

Magistral qaz kəmərində yanğın baş verib – SON DƏQİQƏ

Bu gün Qazıməmməd-Qazax Milli Kəmərinin 118-ci kilometrliyində 1 nömrəli magistral xəttində qaz sızması baş verib. SİA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, təxminən 200 metrlik ərazidə yanğın başlayıb. "Azəriqaz" İstehsalat Birliyi-ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı faktı təsdiq etsə də, ciddi fəsadların olmadığını bildirib.

K.Eyvazlı əlavə edib ki, fəsadlar qısa müddətə aradan qaldırılacaq. Ola bilsin ki, Göyçay rayonunun bu xəttən qidalanan hissəsində saat 17:00-a qədər qaz olmasın. Qəzanın nəticələri aradan qaldırılan kimi abonentlər mavi yanacaqla əvvəlkitək təmin olunacaq.

Hadisənin sonrakı gedişi haqda oxucularımıza əlavə məlumat verəcəyik.


Bütün xəbərlər Facebook səhifəmizdə