2008-2011-ci illərdə yaradılmış gənclər təşkilatlarının rəhbərləri üçün təlim kursu keçiriləcək
2008-2011-ci illərdə yaradılmış gənclər təşkilatlarının rəhbərləri üçün "Dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının iştirakı" mövzusunda təlim kursu keçiriləcək. SİA-nın xəbərinə görə, fevralın 13-17-də tarixində baş tutacaq təlim kursunun məqsədi gənclər təşkilatlarına dövlət gənclər siyasəti haqqında məlumatın verilməsi, gənclər təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün şəraitin yaradılmasıdır.
Təlim kursunun vəzifələri "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsində gənclər təşkilatlarının iştirakı ilə bağlı imkanların nəzərdən keçirilməsi; gənclərin maraqlarına uyğun xidmətlərin göstərilməsində və yeni layihələrin həyata keçirilməsində gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsini təhlil etmək; yeni informasiya texnologiyalarından gənclər təşkilatlarının daha da səmərəli istifadə etmələrini və gənclərin inkişafına təsir edən yeni metodları müzakirə etmək; gənclər təşkilatlarının dövlət orqanları ilə daha da sıx əməkdaşlıq əlaqələrinin qurulması üçün mövcud imkanları öyrənmək; Avropa İttifaqının "Gənclər fəaliyyətdə (Youth in Action)" proqramı haqqında məlumatı təqdim etmək və gənclər təşkilatlarının iştirak imkanlarını müəyyənləşdirmək və gənclər təşkilatlarının könüllülərlə işin qurulması istiqamətində fəaliyyətini aktivləşdirmək üçün digər ölkələrdə olan təcrübəni təhlil etmək və beynəlxalq strukturlarla əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Təlim məşğələlər qeyri-formal təhsil metodologiyasının tətbiqi ilə beynəlxalq və yerli təlimlər aparmış təlimçilər komandası tərəfindən təşkil ediləcək.
Müsbət təcrübənin təqdim edilməsi məqsədilə 2008-ci ildən öncə dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının nümayəndələri təlim kursuna dəvət ediləcəklər. Bu təşkilatların sayı və siyahısı Gənclər və İdman Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.İştirakçıların yemək və yaşayış xərcləri Gənclər və İdman Nazirliyi, regionlardan olan gənclər təşkilatlarının nəqliyyat xərcləri isə yerli (rayon, şəhər) Gənclər və İdman İdarələri tərəfindən ödəniləcəkBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB