Azərbaycanın bölgələrində maarifləndirmə və təlim proqramları keçirilib

Azərbaycanın bölgələrində maarifləndirmə və təlim proqramları keçirilib

Transparency İnternartional təşkilatının milli bölməsi olan "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "İctimai Maraqların Qorunmasına Dəstək Layihəsi" çərçivəsində regionlarda maarifləndirmə və təlim proqramları keçirib. SİA-nın xəbərinə görə, layihənin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizədə vətəndaşlara yardım etmək, vətəndaşların dövlət orqanları ilə təması zamanı yaranan problemlərin həllinə çalışmaq, onları mübarizəyə həvəsləndirmək və maarifləndirmək olub.

Artıq Azərbaycanın 4 bölgəsində bu kimi tədbirlər baş tutub. Gəncə, Quba, Lənkəran və Şəkidə vətəndaşlar və hökumət qurumları ilə tədbirlər təşkil olunub. Bu görüşlərdə korrupsiya problemi, onu doğunan səbəblər və korrupsiya ilə mübarizədə cəmiyyətin rolu müzakirə edilib. Tədbirlər keçirilərkən müxtəlif səviyyəli hədəf qrupları seçilib. Bölgələrdən asılı olaraq daha çox problemlərin müşahidə olunduğu sahələr müəyyənləşdirilib və görüşlərin daha çox məhz həmin əhali qrupu ilə keçirilməsinə diqqət ayrılıb. Umumilkdə on altı belə tədbir təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə