Müvəqqəti Saxlama Təcridxanalarına və polis bölmələrinə başçəkmələr həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Səbail Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma təcridxanasına (MST), həmin idarənin 9 və 39-cu polis bölmələrinə, Yasamal RPİ-nin MST-nə, həmin RPİ-nin 26, 28 və 29-cu polis bölmələrinə, habelə Suraxanı RPİ-nin 31-ci polis bölməsinə başçəkmələr həyata keçirib. SİA-nın xəbərinə görə, onlar başçəkmə zamanı saxlanma şəraitini araşdırıblar.
MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılmış, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər. MPM qrupunun üzvləri adı çəkilən MST və polis bölmələrində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olmuş, pozuntu halları aşkar edilməyib.
Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB