Gənclər günü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd olunacaq
2 Fevral Gənclər günü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd olunacaq. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyi tərəfindən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbdə görüş keçiriləcək. Növbəti görüş isə fevralın 1-i Penitensiar Xidmətin Tərbiyə müəssisəsində olan gənclərlə baş tutacaq.
Görüşün keçirilməsində məqsəd–yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması, onlara olan dövlət qayğısının daha da artırılmasıdır. Tədbir zamanı yeniyetmələrə hədiyyələrin verilməsi və konsert proqramının təşkil olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB