Sabah Azərbaycan ərazisində hava şəraiti necə olacaq?

Sabah Azərbaycan ərazisində hava şəraiti necə olacaq?

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, günün ikinci yarısında qısa müddətə fasilə olacağı gözlənilir.

Temperaturun gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.

Bakıda gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.


Naxçıvan Muxtar Respublikasında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperatur gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yollar buz bağlayacaqdır.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,

Daşkəsən,Gədəbəy rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperaturun gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperaturun gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 13°-18° şaxta, gündüz 6-10° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperatur gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaqdır. Yollar buz bağlayacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperaturun gecə və gündüz 0-4° şaxta, dağlarda gecə 7-11° şaxta, gündüz 4-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə