BBC-nin baş redaktoru vəzifəsindən ayrılacaq

BBC-nin baş redaktoru vəzifəsindən ayrılacaq

BBC-nin baş redaktoru Mark Tompson Londonda keçiriləcək Olimpiada oyunlarından sonra vəzifəsindən uzaqlaşacaq. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ingilis mətbuatında dərc olunan yazılarda onun 2004-cü ildən bu yana BBC-də baş reaktor kimi fəaliyyətə başladığı bildirilib. 54 yaşlı Tompson hal-hazırda illik 671 min sterlinq maaş alır. Mark Thompson bu il tutduğu vəzifəsindən ayrılsa da onun BBC-də ən uzun müddət işləyən biri kimi yaddaşlarda qalacağı söylənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə