Azərbaycanda Fransa mallarının boykot edilməsi gözlənilirmi?

Azərbaycanda Fransa mallarının boykot edilməsi gözlənilirmi?

Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərə cəza tədbirini nəzərdə tutan qərar onun təkcə Türkiyə ilə yox, eləcə də Azərbaycanla əlaqələrinə mənfi təsir göstərib. Belə ki, həm Türkiyə, həm Azərbaycanda bu qərarın qəbulundan sonra Fransa əleyhinə müxtəlif aksiyalar həyata keçirildi. Türkiyənin Fransaya qarşı qəbul etdiyi qərarlardan biri də Türkiyədə satılan Fransa mallarının boykot edilməsi oldu.

Azərbaycanda da Fransa mallarının boykot edilməsi gözləniləndir. Çünki Fransanın bu addımı Türkiyə ilə yanaşı Azərbaycana da yönəlib. Bu səbəbdən ölkəmizin də Fransaya qarşı mövqeyini ortaya qoyması tamamilə anlaşılandır.

Bəs görəsən, Azərbaycan alıcısı fransız mallarından imtina etməyi gözə ala bilərmi? Məlum qərardan sonra paytaxt sakinləri arasında da kəskin narazılıqlar müşahidə olunub. Bu hal özünü daha çox sosial şəbəkələrdə göstərib. Belə ki, məşhur \"Facebook\" sosial şəbəkəsində \"Fransız mallarını boykot edək\" devizli səhifələrin üzvlərinin artması müşahidə edilir. Bu tip səhifələr istifadəçilərinə fransız məhsullarının və həmin məhsulların satıldığı mağazaların siyahısını təqdim edir və onlardan istifadənin xalqımızın maraqlarına zidd olduğunu çatdırır.

Müxtəxəssislər isə hesab edirlər ki, Fransa ilə Azərbaycan arasındakı ticarət əlaqələri kifayət qədər zəifdir. Yəni bu o deməkdir ki, Azərbaycana idxal olunan Fransız malların çəkisi tərəzidə heç görsənmir. Bu baxımdan fransız malların boykot edilməsi, ən yaxşı halda 136 mln. dollarlıq məhsulun Azərbaycana gətirilməsinin qarşısını ala bilər.





Bütün xəbərlər Facebook səhifəmizdə