Səttar Mehbalıyev: “İstehsalatda peşə xəstəliklərinin sayı iki dəfə artaraq 15 minə yaxın olub”

Səttar Mehbalıyev: “İstehsalatda peşə xəstəliklərinin sayı iki dəfə artaraq 15 minə yaxın olub”

"Azərbaycanda işçilər istehsalatda daha çox riskə məruz qalırlar. İstehsalatda təhlükəsizlik tələblərinin pozulmasına, riskə daha çox tikinti sektorunda rast gəlinir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, son iki ildə tikinti sektorunda 157 bədbəxt hadisə baş verib və bunun 57-si ölümlə nəticələnib. S.Mehbalıyevin sözlərinə görə, ötən il ərzində bu göstəricilər ikiqat artıb: "Son iki ildə istehsalatda peşə xəstəliklərinin sayı da iki dəfə artıb. Belə ki, ölkədə 15 minə yaxın peşə xəstəlikləri faktı qeydə alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə