Nazir: “Yeni iş yerlərinin yaradılması bir tərəfdən risklərin artmasına da səbəb olur”

Nazir: “Yeni iş yerlərinin yaradılması bir tərəfdən risklərin artmasına da səbəb olur”

Dünyada iş yerlərində əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası ən qlobal problemlərdən biridir. SİA-nın xəbəirnə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, hər il əmək fəaliyyəti ilə əlaqədar dünyada 317 milyon insan xəsarət alır. Gün ərzində 6300 insanın dünyasını dəyişdiyini, 850 minə yaxın insanın isə xəsarət aldığını deyən nazir vurğulayıb ki, bu da il ərzində dünya iqtisadiyyatının 4%-ni təşkil edir.

"Azərbaycanda da bu problem mövcuddur. Ötən il ərzində Azərbaycanda 211 adam əmək fəaliyyəti ilə bağlı xəsarət alıb, 97 vətəndaş dünyasını dəyişib. Şübhəsiz ki, o insanların ailəsi bəlli bir həyat yükü ilə qarşılaşır ki, bu da sosial problemlər yaratamaqdadır. Azərbaycan iqtisadiyyatı gündən-günə inkişaf edir. Ötən il də dünyada böhran ili olmasına baxmayaraq, Azərbaycanda qeyri-neft sektoru 10%-ə kimi artıb ki, bu da iş yerlərinin artması ilə bağlı nəticələnib. 100 minə yaxın yeni iş yerləri yaradılıb və bununla da işsizlik səviyyəsi aşağı enib. Bu da bir tərəfdən risklərin artmasına səbəb olur", - deyə F.Ələkbərov əlavə edib.

Nazir qeyd edib ki, iş yerlərinin attestasiyasının sahibkarlar tərəfindən aparılmasına baxmayaraq, hələ ki bu metodologiya işlənib hazırlanmayıb. Onun sözlərinə göər, TVİNNİQ layihəsinin əsas məqsədlərindən biri də odur ki, Azərbaycanda bu artıq tətbiq olunsun: "Hər bir işəgötürən təhlükəsiz əmək şəraiti təmin etmək üçün müvafiq standartlara uyğun iş yerlərini yaratmalıdır. Ona görə də hesab edirik ki, bu problemlər Azərbaycan üçün çox əhəmiyyətlidir və bunların həlli üçün müxtəlif yollar var. Keçən ildən etibarən TVİNNİQ layihəsi çərçivəsində bu mövzu ətrafında tədqiqatlar aparılıb. Problemlərin həllinə daha effektli nail olmaq üçün üçtərəfli sosial şura yaradılıb ki, bu da MDB məkanında ilk qurumdur. Sosial şura bütün əmək münasibətlərinə həsr olunan problemlərlə məşğul olacaq. Eyni zamanda, standartların yaradılmasında bu sosial şuranın da mühüm rolu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə