“Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası” mövzusunda konfrans keçirilib

“Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası” mövzusunda konfrans keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda sosial tərəfdaşların, beynəlxalq ekspertlərin, müəssisə, idarə və təşkilatların əməyin mühafizəsinə məsul şəxsləri iştirak edib. Konfransda Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması barədə qərar qəbul edilib və Şuranın Əsasnaməsi təsdiqlənib.


Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzulu Ələkbərov bildirib ki, Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq sahəsində atılan növbəti uğurlu addımdır: \"Müvafiq qeyri-hökumət təşkilatlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də bu Şuraya cəlb edilməsi nəzərdə tutulur. Ümumən MDB məkanında ilk dəfə olaraq yaradılan Üçtərəfli Sosial Şura Baş Kollektiv Sazişdə nəzərdə tutulan sosial tərəfdaşlıq prinsiplərini yeni formatda daha dolğun şəkildə təcəssüm etdirəcək. MDB мəkanında ilk dəfə olaraq respublikamızda belə bir Şuranın yaradılması beynəlxalq təcrübəyə və inkişaf etmiş dövlətlərdə müsbət nəticələrin əldə edilməsinə əsaslanır. Sosial Şuranın əsas məqsədi sosial tərəfdaşların hüquq bərabərliyi prinsipi əsasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, konvensiyalarda və milli qanunvericilikdə nəzərdə tutulan iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün birgə fəaliyyəti təmin etməkdən ibarətdir. Əminəm ki, yeni yaradılan bu Şura təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinə, əməyin mühafizəsi ilə bağlı vahid dövlət siyasətinin inkişafına dəyərli töhfələrini verəcək\".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə