Rəqəmsal yayıma keçidlə əlaqədar olaraq analoq yayımda kanalların sayı tədricən azaldılacaq. "Ailə TV" Kabel Televiziyasının mətbuat katibi Teymur Hacıyev SİA-ya açıqlamasında bildirib ki, fevral ayında analoq yayımda-bütün kabel televiziyalarında 7 kanalın yayımı dayandırılacaq. Bunların "Наше новое кино", "Cartoon Network", "Zone reality", "MTV Rus", "Viasat History" və "TLC" olduğunu deyən T.Hacıyev vurğulayıb k, həmin kanallar yalnız rəqəmsal yayımda nümayiş olunacaq.
T.Hacıyev qeyd edib ki, analoq yayımın ləğv olunması prosesi tədricən həyata keçiriləcək. Hazırda analoq yayımın da, rəqəmsal yayımın da qiymətinin 9 manat olduğunu deyən kabel televiziyanın nümayəndəsi vurğulayıb ki, hazırda Ailə TV həm analoq, həm də rəqəmsal yayım həyata keçirir: "Analoq yayımda kanalların sayı 65, rəqəmsal yayımda isə 87-dir. Rəqəmsal yayım analoq yayıma nisbətən daha çox imkanlar yaradır. Kabel televiziyalarının fəaliyyətinin dayandırılması ilə bağlı məsələ isə həqiqətə uyğun deyil. Rəqəmsal yayıma keçəndən sonra onların fəaliyyətinin genişləndirilməsi daha da davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB