Rayon qaz istismar sahəsinin kollektivi abonentlərin daha etibarlı qaz təchizatını həyata keçirmək üçün bütün imkanlardan istifadə edir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Goranboy Qaz İstismar Sahəsinin rəisi Hikmət Əkbərov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Goranboyda kənd və qəsəbələrin qazlaşdırılması sürətləndirilib.
Ötən il birpilləli sistem üzrə polietilen borularla 127 kilometrdən çox qaz xətti çəkilib. Abonentlərin sayı 2011-ci ildə 3.500-dən çox artıb. Rayonun 9 kəndinə və Xocalıdan olan məcburi köçkünlər üçün inşa edilən 9 beşmərtəbəli binaya mavi yanacaq verilib. 288 fərdi mənzil qazlaşdırılıb. Bu il rayonun tam qazlaşdırılması sona çatdırılacaq. Bu il Goranboy rayonunda 35 kəndin qazlaşdırılması nəzərdə tutulub. Həmin kəndlərdə abonentlərin ümumi sayı 4300-dən çox olacaq. Hal-hazırda rayonun 5 kəndində - Tatarlı, Qarqucaq, Şəfibəyli, Hacallı və Süleymanov yaşayış məntəqələrində birpilləli sistem üzrə qaz çəkilişləri aparılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB