“BP-Azərbaycan” şirkəti Azərbaycan Milli Olimpiya Komitəsinin tərəfdaşı oldu

“BP-Azərbaycan” şirkəti Azərbaycan Milli Olimpiya Komitəsinin tərəfdaşı oldu
"BP-Azərbaycan" şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq müqavilələri imzalanıb. SİA-nın verdiyi məlumata görə, məqsəd Londonda keçiriləcək 2012-ci il Olimpiya və Paralimpiya oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və bir qrup seçilmiş idmançıya dəstək verməkdir.

Bu müqavilələrə əsasən, "BP-Azərbaycan" şirkəti Azərbaycan MOK və Azərbaycan Milli Paralimpiya Komitəsinin London-2012 oyunlarında rəsmi tərəfdaşı oldu. Mərasimdə çıxış edən BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, Azərbaycan MOK və Paralimpiya komitəsinə, həmçinin Azərbaycan idmançılarına dəstək verməkdən məmnundurlar: "Bu müqavilələrin imzalanması BP-nin Azərbaycanda fəaliyyətinin 20 illiyi ilə eyni vaxta düşür. BP hələ uzun müddət regionda güclü və dayanıqlı iqtisadiyyata malik ölkə kimi öz strateji roluna doğru inkişaf edən Azərbaycanda olmaq niyyətindədir. BP-Azərbaycan da hələ uzun müddət fəaliyyət göstərəcək və müxtəlif layihələrə imza atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə