BQXK nümayəndələri Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və 5 mülki şəxsə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. SİA-nın verdiyi məlumata görə, BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 4 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 3 "Qızıl Xaç" məktubu və 3 salamat ismarıcı alınıb. Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Əsirlərdən Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilməyi xahiş edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB