Dövlət Yol Polis İdarəsi 2012-ci il üçün nəqliyyat vasitələrinin texniki baxışdan keçirmələri ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən SİA-ya verilən məlumatda bildirildi ki, nəqliyyat vasitələri illik texniki baxışdan keçmək üçün Texniki baxış Mərkəzlərinə müraciət etsinlər.
Qurumdan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında qeydiyyatda olan fiziki və hüquqi şəxslər Sabunçu rayonu ərazisi Zabrat-Maştağa şosse yolunda yeni tikilən Texniki baxış Mərkəzinə müraciət etsinlər.
Rayonlarda qeydiyyatda olan sürücülər isə texniki baxışdan qeydiyyatda olduqları rayonun ərazisində keçməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB