“Eurovision” müsabiqəsi ərəfəsində pulsuz Azerbaijan Pages proqramı yaradıldı

“Eurovision” müsabiqəsi ərəfəsində pulsuz Azerbaijan Pages proqramı yaradıldı

Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri iPhone, iPad və iPodTouch mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Azerbaijan Pages proqramını işləyib hazırlayıblar. SİA-nın xəbərinə görə, Azerbaijan Pages proqramı interaktiv biznes-kataloqu və elektron xəritəni daxil edir, və Azərbaycan, İngilis və Rus dillərində çalışır. Qeyd etmək lazımdır ki, proqram artıq Apple onlyan-mağazasında yerləşdirilib.

Azerbaijan Pages kataloqunda muzeylər və teatrlar, kafe və restoranlar, mehmanxanalar, gecə klubları və kinoteatrlar, butik və fitnes klubları, bank və bankomatlar, dövlət idarələri, müxtəlif məhsul və xidmətlərin istehsalçıları və distribyutorları haqqında məlumat yerləşdirilib. Azerbaijan Pages həm internetlə, həm də internetsiz çalışa bilir. Proqram kataloqda olan istənilən nömrəyə zəng etməyə, qısa mesaj göndərməyə, veb səhifələri nəzərdən keçirməyə və sosial şəbəkələrdə yazılanları oxumağa imkan verir.

Layihənin rəhbəri Zaur İsmaylovun sözlərinə görə, sözügedən proqram 2011-ci ildə Turizm İli çərçivəsində müstəqil proqramçılar qrupu tərəfindən işlənib hazırlanıb. Z.İsmaylov qeyd edib ki, Azerbaijan Pages proqramı Apple mobil qurğuları üçün nəzərdə tutulan ilk bu növ peşəkar Azərbaycan proqramıdır. Azerbaijan Pages həm azərbaycanlı istifadəçilər, həm də ölkənin qonaqları üçün rahat bir alətdir. "Eurovision" müsabiqəsinin Bakıda keçiriləcəyi müddətdə bu məhsul minlərlə xarici qonaqlar arasında xüsusi atuallıq qazanacaq.

Musa Quliyev: "Regional əhəmiyyətli şəhərləri inkişaf etdirmək Bakının yükünü azaltmaq baxımından çox əhəmiyyətlidir"

Bütün xəbərlər Facebook səhifəmizdə