Vitse-spiker: “Biz hər bir gözlənilməz hadisəyə ayıq-sayıqlıq nümayiş etdirməliyik”
İnkişa etmiş ölkələrin (İEÖ) özündə belə hücumların olduğunu, hakkerlərin müxtəlif saytları dağıtdığının şahidi olmuşuq. Bunu SİA-ya açıqlamasında Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova Azərbaycanın dövlət əhəmiyyətli saytlarına hakker hücumlarının təşkil olunmasına münasibət bildirərkən söyləyib.
B.Muradova: "Azərbaycan bu istiqamətdə müvafiq araşdırmalarını aparıb. Rabitə İnformasiya Texlogiyaları Nazirliyi (RİTN) və dövlət qurumları vasitəsilə lazımi addımlar atılacaq və hazırda da bu səylər davam etdirilir. Dünyada heç kəs belə bir hücumlardan özünü sığortalamayıb. Hücumların səbəbkarları İnformasiya texnologiyalarının inkişaf etməsindən yararlanaraq təhlükəsizlik problemləri yaradırlar. Bütün bunlar birdaha Azərbaycan dövlətini və xalqını səfərbər etməyə kifayət edir ki, biz hər bir sahədən hücuma məruz qala bilərik. Buna görə də hər bir gözlənilməz hadisəyə ayıq-sayıqlıq nümayiş etdirməliyik", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB