Ağdam və Xocavənd istiqamətində atəşkəs pozulub

Ağdam və Xocavənd istiqamətində atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 25-də saat 11.25-dən 11.30-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən saat 22.15-dən 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə