Bu gün Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatın 20 ili tamam olur. SİA-nın məlumatına görə, 1992-ci il yanvarın 25-i başlanan əməliyyat zamanı
Azərbaycan ordusunun bir neçə taqımı Daşaltı kəndinə daxil olub. Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevin özü bilavasitə rəhbərlik etdiyi əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 taqımı və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan bir taqım düşmənin pusqusuna düşərək məhv edilib. Kəndə daxil olmuş digər taqımlar isə itki verərək geri çəkilib.
Məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər. Əməliyyat yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB